Zalujnı NATO-ya sərt mesaj verdi
Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı ölkənin Rusiya ilə müharibədə mövcud silah arsenalının demək olar ki, hamısından istifadə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə məlumat yayıb.
Zalujnının sözlərinə görə, Ukraynanın istifadə etdiyi silahlara qarşı Rusiya artıq effektiv əks-tədbirlər hazırlayıb.
"Resurs tükənib. Rusiya Federasiyası bütün bunlara qarşı təsirli vasitələr tapıb", – deyə o vurğulayıb.
Keçmiş baş komandan eyni zamanda NATO-nun mövcud hərbi doktrinasını da tənqid edib. Onun fikrincə, alyansın hazırkı yanaşması köhnəlib və əsasən İkinci Dünya müharibəsi dövrünün prinsiplərinə söykənir.
Zalujnı hesab edir ki, NATO müasir müharibələrin reallıqlarına uyğun yeni döyüş standartlarına keçməlidir.
basligi deyis qisa et
10:54 06.08.2026
Oxunuş sayı: 51