Avtomobil kondisionerindən zəhərlənə bilərsiniz
Yay istisində sürücülər demək olar ki, hər gün avtomobildə kondisionerdən istifadə edirlər. Lakin son günlər bir neçə dəfə sürücülər avtomobilə kondisionerdən qaz sızması nəticəsində zəhərləniblər. Bu sürücülər arasında ciddi narahatlıq doğuran məsələdir. Bəs bu qaz sızması nədən yaranır? Qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı maşın ustası Dəniz Ağabəyli Crossmedia.az-a açıqlama verib:
“Yay aylarında sürücülər demək olar ki, hər gün kondisionerdən istifadə edir. Təbii ki, kondisionerdən istifadənin də müəyyən qaydaları var. Məsələn uzaq yol getdikdə, yoxuş qalxdıqda kondisioneri söndürmək məsləhətdir. Hərarətin artması nəticəsində avtomobil sizi yolda qoya, kondisioner isə yararsız hala düşə bilər. Kondisioner sistemi mütəmadi olaraq 2 ildən bir yoxlanılmalıdır. Əgər yay fəslinə doğru gediriksə şırnaqlı su ilə avtomibilin qabaq radiatrını yumaq lazımdır ki, oradakı torpaqlar təmizlənsin. Kondisioner içəri qaz da buraxa bilir. Bu hallara da rast gəlinir cə ehtimallar arasında var. Bu əsasən qəza keçirmiş, yenidən yığılan maşınlarda olur ki, qəzadan sonra düzgün yığılmayan maşınlar içəri qaz buraxa sürücünü zəhərləyə bilər”.
Ayhan
13:00 05.08.2026
Oxunuş sayı: 67