ABŞ-Çin ticarətində gözlənilməz canlanma
ABŞ və Çin arasında ticarət dövriyyəsi 2026-cı ilin iyun ayında əvvəlki ayla müqayisədə 6,4 faiz artaraq 34,72 milyard dollara çatıb.\
Crossmedia.az xəbər verir ki, RİA Novosti bu barədə ABŞ Gömrük Xidmətinin məlumatlarına istinadən xəbər yayıb. Məlumata görə, may ayında bu göstərici 32,63 milyard dollar təşkil etmişdi.
İyun ayında Çindən ABŞ-ə ixrac təxminən 7 faiz artaraq 25,15 milyard dollara, ABŞ-dan Çinə ixrac isə təxminən 5 faiz yüksələrək 9,57 milyard dollara çatıb.
Bunun nəticəsində ABŞ-in Çinlə ticarət kəsiri 8,3 faiz artaraq 15,58 milyard dollar olub.
2026-cı ilin ilk altı ayının yekunlarına görə isə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 289,146 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünün səviyyəsinə uyğundur.
Hesabata əsasən, yanvar–iyun aylarında Çin ABŞ-a 215,92 milyard dollarlıq məhsul ixrac edib. Bu göstərici illik müqayisədə 0,2 faiz artıb. ABŞ-dan Çinə idxal isə 0,8 faiz azalaraq 73,226 milyard dollar təşkil edib.
18:52 04.08.2026
Oxunuş sayı: 53