Miroşnik: ABŞ və Aİ münaqişədən gəlir əldə edir
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik ABŞ və Aİ-ni Ukrayna münaqişəsi fonunda hərbi-sənaye kompleksindən maliyyə gəliri əldə etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Rodion Miroşnik bildirib ki, ABŞ və Aİ rəhbərliyi arasında büdcə vəsaitlərinin bölüşdürülməsi uğrunda mübarizə gedir və bu prosesdə hərbi-sənaye kompleksi əsas istiqamətlərdən birinə çevrilib.
Onun sözlərinə görə, müdafiə sənayesinə ayrılan maliyyə vəsaitləri dəfələrlə artırılıb və bu axının davam etməsi üçün mövcud vəziyyətin mümkün qədər uzun müddət saxlanılmasına çalışılır.
Miroşnik iddia edib ki, bu proses nəticəsində iri hərbi-sənaye şirkətləri milyardlarla dollar gəlir əldə edir. O, həmçinin bu şirkətlərin maraqlarının Qərb siyasi dairələrində fəal şəkildə müdafiə olunduğunu irəli sürüb.
10:15 03.08.2026
Oxunuş sayı: 56