Azərbaycan millisi U-17 dünya çempionatını 7 medalla başa vurub
Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatı başa çatıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 medalla tamamlayib.
Çempionatın son günündə 51 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçi İbrahim Həsənov finala yüksələrək gümüş medal qazanıb.
Bundan əvvəl yunan-Roma güləşi üzrə Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc mükafata sahib olublar.
23:09 02.08.2026
Oxunuş sayı: 57