Avqustun ilk maqnit qasırğası başlayıb
Avqust ayının ilk maqnit qasırğası Yer kürəsində başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alimlərin gözləntilərinə görə, maqnit qasırğası təxminən 4-6 saat və ya daha qısa müddət davam edə bilər.
23:05 02.08.2026
Oxunuş sayı: 63