Çerniqovda partlayışlar baş verdi
Ukraynanın şimalındakı Çerniqov şəhərində silsilə partlayışlar baş verib. Hadisə fonunda ölkənin bir neçə vilayətində hava həyəcanı elan olunub.
Crossmedia.az xəbər verir ki, "Obşestvennoye. Novosti" bu barədə məlumat yayıb.
Məlumata görə, partlayışlar Çerniqov şəhərində qeydə alınıb. Hadisənin səbəbi və mümkün fəsadları barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Bildirilib ki, Çerniqov vilayəti də daxil olmaqla Ukraynanın bir sıra bölgələrində hava həyəcanı elan edilib. Yerli hakimiyyət orqanları sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
09:28 03.08.2026
Oxunuş sayı: 64