Kaluqa hava limanında məhdudiyyət ləğv edilib
Rusiyanın Kaluqa hava limanında təyyarələrin qəbulu və yola salınmasına tətbiq edilən müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Crossmedia.az xəbər verir ki, "Rosaviasiya" bu barədə məlumat yayıb.
Məlumata görə, Kaluqa (Qrabtsevo) hava limanında hava gəmilərinin qəbulu və uçuşuna qoyulan məhdudiyyətlər ləğv edilib.
"Rosaviasiya" bildirib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunmuşdu. Məhdudiyyətlərin aradan qaldırılmasının səbəbi barədə əlavə məlumat verilməyib.
09:33 03.08.2026
Oxunuş sayı: 63