Yoldaşlıq oyununda FACİƏ: 15 yaşlı futbolçu güllələnərək öldü
Braziliyada yoldaşlıq oyunu zamanı baş verən silahlı insident nəticəsində "Centro Sportivo Alaqoano" klubunun gənclər komandasının futbolçusu Mikael Leandro da Silva həyatını itirib.
Crossmedia.az xəbər verir ki, "Globo" bu barədə məlumat yayıb.
Məlumata görə, 15 yaşlı futbolçu Braziliyanın Maseyo şəhərində keçirilən yoldaşlıq görüşü zamanı baş verən atışma zamanı yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Bildirilib ki, Mikael Leandro da Silva daha əvvəl "San-Paulu" klubunun gənclər komandasında da çıxış edib.
İlkin məlumata əsasən, atışma narkotik alveri ilə əlaqəli yerli cinayətkar qruplaşmalar arasında baş verən silahlı qarşıdurma nəticəsində yaşanıb. Hadisə zamanı bir neçə nəfərin də xəsarət aldığı qeyd olunur.
09:39 03.08.2026
Oxunuş sayı: 69