Belqorod vilayətində dron hücumu nəticəsində bir nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində Rusiyanın Belqorod vilayətində bir avtomobilə zərbə endirilib, bir nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Belqorod vilayətinin operativ qərargahı bu barədə məlumat yayıb.
Bildirilib ki, hadisə Qrayvoron dairəsinin Qolovçino kəndi yaxınlığında baş verib. FPV-dronun avtomobili vurması nəticəsində kişi qəlpə yaraları alıb.
Zərərçəkənin üz və çiyin nahiyəsindən xəsarət aldığı, təcili yardım briqadası tərəfindən vilayət klinik xəstəxanasına aparıldığı qeyd olunub.
13:49 01.08.2026
Oxunuş sayı: 57