İran dronları Küveytdə hökumət obyektini vurub
İranın pilotsuz uçuş aparatlarının Küveytin şimalında hökumət obyektinə hücum etdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Saud əl-Atvan bu barədə məlumat yayıb.
Nazirlik nümayəndəsinin sözlərinə görə, avqustun 1-də Küveytin hava məkanına naməlum düşmən dronlarının daxil olduğu qeydə alınıb.
Əl-Atvan bildirib ki, hücum nəticəsində ölkənin şimalında yerləşən hökumət obyekti, həmçinin Bubiyan adasında fəaliyyət göstərən mülki şirkətin avadanlıqları hədəfə alınıb.
Onun sözlərinə görə, ələ keçirilən dronların qalıqlarının düşməsi nəticəsində maddi ziyan qeydə alınıb, lakin hadisə zamanı ölən və yaralanan olmayıb.
Qeyd edək ki, iyulun 30-da Küveyt Müdafiə Nazirliyi İranın zərbəsi nəticəsində ölkənin şimalında yerləşən Çin şirkətinə məxsus obyektə ziyan dəydiyini və bir nəfərin öldüyünü açıqlamışdı.
13:12 01.08.2026
Oxunuş sayı: 49