Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşu 20 mlrd. manatı ötüb
Bu il iyul ayının 1-nə Azərbaycanda banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi toplam 20 milyard 161.4 milyon manat təşkil edib.
Crossmedia.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% böyükdür.
Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda real sektora cəmi kredit qoyuluşu 33 milyard 881.1 milyon manat təşkil edib.
13:07 01.08.2026
Oxunuş sayı: 43