Milli Məclisin sədri Efiopiyanın Xarici İşlər İnstitutunda çıxış edib
İraqın nüfuzlu şiə din xadimi Müqtəda Sədr ölkə ərazisinin regional münaqişələrə cəlb olunmamasını tələb edib.
Crossmedia.az xəbər verir ki, Müqtəda Sədr bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O, İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) İraq ərazisini hədəfə almamağa çağırıb, eyni zamanda İraqdakı silahlı qruplaşmalardan da Bəsrə körfəzindəki ərəb ölkələrinə İraqa qarşı hərbi addımlar atmaq üçün bəhanə verməmələrini istəyib.
Sədr bildirib ki, İraq İran əleyhinə hücumların mənbəyi olmadığı halda, SEPAH da “müstəqil və müqəddəs İraq torpaqlarını” hədəf almamalıdır.
O, İraqı “faydasız müharibəyə” sürükləməyə çalışan silahlı qrupların fəaliyyətini pisləyib və hökuməti ölkənin təhlükəsizliyini, suverenliyini, insanların həyatını və müqəddəs məkanların qorunmasını təmin etməyə çağırıb.
Sədr həmçinin xəbərdarlıq edib ki, terrorçu qruplaşmalar İraqda sabitliyi pozmaq üçün məzhəb qarşıdurmalarından istifadə edə bilərlər. O, bütün qonşu ölkələri təmkinli olmağa və dialoqa üstünlük verməyə çağırıb.
17:42 30.07.2026
Oxunuş sayı: 34