Makron Rusiyanın Ukraynaya zərbələrini pisləyib
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya endirdiyi zərbələri və Polşanın hava məkanının pozulmasını kəskin şəkildə pisləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Makron bildirib ki, hücumlar nəticəsində Ukraynada dinc sakinlər həlak olub və Polşanın hava məkanı pozulub.
“Fransa Rusiyanın Ukraynada dinc sakinlərin ölümünə səbəb olan zərbələrini və Polşanın hava məkanının pozulmasını ən qəti şəkildə pisləyir. Ukraynaya və müttəfiqlərimizə dəstəyimiz sarsılmaz olaraq qalacaq. Bu, kollektiv təhlükəsizliyimiz məsələsidir”, – deyə Fransa prezidenti vurğulayıb.
15:56 30.07.2026
Oxunuş sayı: 35