Moskvanın Durov tələbinə Parisdən şok cavab: Verməyəcəyik
“Telegram” messencerinin həmtəsisçisi Pavel Durovun vəkili, fransalı hüquqşünas Filip de Vel Rusiyada sahibkara qarşı irəli sürülən ittihamları şərh edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vəkilin sözlərinə görə, Fransa qanunvericiliyinə əsasən, ölkə öz vətəndaşlarını digər dövlətlərə ekstradisiya edə bilməz.
De Vel bildirib ki, Rusiya İnterpol vasitəsilə Durovun beynəlxalq axtarışa verilməsi və barəsində həbs orderinin çıxarılmasını tələb etsə belə, bu qərar Fransada avtomatik icra olunmayacaq.
Onun sözlərinə görə, belə order əlavə yoxlamadan keçməlidir. Fransa prokurorluğu və məhkəməsi Durovun ittiham olunduğu əməlin ölkə qanunvericiliyinə əsasən cinayət sayılıb-sayılmadığını araşdıracaq.
Vəkil qeyd edib ki, Fransa Durovun təqibinin siyasi motivli olduğunu və ya ittiham olunan əməlin Fransa qanunvericiliyində cinayət hesab edilmədiyini müəyyənləşdirərsə, Rusiyanın tələbinin icrasından imtina edə bilər.
20:24 29.07.2026
Oxunuş sayı: 43