Lavrov: Rusiyanı Tanrı seçib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Tanrı tərəfindən seçildiyini bildirib və bunu 1990-cı illərin sonunda hakimiyyətin Vladimir Putinə ötürülməsi zamanı baş verdiyini iddia etdiyi ilahi müdaxilə ilə əlaqələndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrovun sözlərinə görə, Boris Yeltsinin hakimiyyəti vaxtından əvvəl ötürmək cəsarəti göstərməsi və həmin dövrdə Rusiyanı qoruyub saxlaya biləcək yeganə şəxs olduğunu düşündüyü Putinə hakimiyyəti verməsi tarixi dönüş nöqtəsi olub.
“Bu, Rusiyanın hər halda Tanrı tərəfindən seçildiyini göstərən tarixi dönüşdür. Hər şey çox çətinləşəndə isə bizə yuxarıdan kömək edirlər”, – Lavrov deyib.
20:16 29.07.2026
Oxunuş sayı: 41