Karapetyan: “Güclü Ermənistan” fraksiyasına rəhbərlik edə bilərəm
Ermənistanın müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri ola biləcəyini Narek Karapetyan bildirib.
Crossmedia.az bu barədə ˝24news.am˝-a istinadən xəbər verir.
Karapetyan qeyd edib ki, hazırda fraksiyanın rəhbəri və katibi vəzifələri üçün namizədlərlə bağlı müzakirələr davam edir. O, özü də fraksiyaya rəhbərlik edə biləcəyini istisna etməyib.
Siyasətçi həmçinin ona qarşı başladılan cinayət işləri çərçivəsində İstintaq Komitəsinə çağırılması ilə bağlı suala cavab verib.
Karapetyan bildirib ki, çağırılıb, lakin onun dindirilməsinə ehtiyac olmayıb.
“Çağırmışdılar, amma dindirilməyə ehtiyac olmadı. Təfərrüatlara girmədim və düşünmürəm ki, buna ehtiyac var. Bunun hansı məqsədlə edildiyini bilirsiniz”, — deyə o bildirib.
O, həmçinin iş adamı Alik Aleksanyanla bağlı cinayət işi üzrə də araşdırmaya cəlb olunub-olunmaması barədə suala cavab verib.
Siyasi tərəfdaşı David Kazinyanın işi ilə bağlı danışan Karapetyan isə məhkəmədən gözləntilərinin onun azadlığa buraxılması olduğunu bildirib.
“Düşünürəm ki, David Kazinyanın azad edilməsindən başqa alternativ yoxdur, çünki Konstitusiyada bu, açıq şəkildə yazılıb”, — deyə Karapetyan vurğulayıb.
00:10 25.07.2026
Oxunuş sayı: 86