Kallasdan sərt mesaj: Yeni sanksiyalar təklif edəcəyik
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Aİ-dəki nümayəndəsinin çağırılacağını və yeni sanksiyaların tətbiqinin təklif ediləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Kallas X sosial şəbəkəsində yazıb ki, Rusiyanın Ukraynaya qarşı son zərbələri ilə bağlı tədbirlər görüləcək.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi açıqlamışdı ki, Rusiya Silahlı Qüvvələri Odessa limanındakı hərbi yüklərin olduğu logistika mərkəzinin infrastrukturuna, həmçinin Yujnıy limanında yanacaq-sürtkü materialları olan obyektlərə zərbə endirib.
00:04 25.07.2026
Oxunuş sayı: 88