Zelenski: Atəşkəs ən yaxşı alternativdir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibəni mümkün qədər tez dayandırmaq və atəşkəsə nail olmaq uzunmüddətli döyüşlərdən daha yaxşı alternativdir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski amerikalı bloqer Laura Lumerə müsahibəsində qeyd edib ki, əgər sabah müharibəni dayandırmaq və atəşkəs əldə etmək mümkün olarsa, bu, qələbə uğrunda illərlə mübarizə aparmaqdan və insan itkilərindən daha üstün variantdır.
“Əgər sabah müharibəni dayandıra bilsək, atəşkəsə nail olsaq — bu, qələbə naminə 10-20 il döyüşməkdən və insanlarımızı itirməkdən daha yaxşıdır. Atəşkəs ən yaxşı alternativdir”, — deyə Zelenski bildirib.
23:52 24.07.2026
Oxunuş sayı: 88