Magistratura üzrə qabiliyyət imtahanları başlayıb
Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbində magistratura səviyyəsinin 68 nömrəli (musiqi sənəti istiqaməti) proqramı üzrə qabiliyyət imtahanı təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, qrafikə əsasən, 70 nömrəli (təsviri sənət) proqramı üzrə qabiliyyət imtahanı iyulun 17-də, 69 nömrəli (teatr, kino və xoreoqrafiya) proqramı üzrə isə iyulun 19-da keçiriləcək.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 2026-cı ildə nəşr olunan xüsusi buraxılışlarında yer alıb.
19:46 15.07.2026
Oxunuş sayı: 57