"DeepSeek"in yaradıcısı süni intellekt sahəsinin ən varlı qurucusu olub
"DeepSeek" şirkətinin təsisçisi Liang Venfenq (Liang Wenfeng) süni intellekt sahəsində fəaliyyət göstərən yaradıcılar arasında ən varlı şəxs olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb.
Məlumata görə, Liang Venfenqin sərvəti 36 milyard dollara çatıb.
Bununla o, "OpenAI" şirkətinin prezidenti Qreq Brokmanı (Gregory Brockman) geridə qoyub. Brokmanın sərvəti 25,5 milyard dollar qiymətləndirilir.
Reytinqdə üçüncü yerdə isə "Anthropic PBC" şirkətinin həmtəsisçisi Dario Amodei qərarlaşıb. Onun sərvəti 8 milyard dollar təşkil edir.
15:27 14.07.2026
Oxunuş sayı: 50