Banqkokdakı barda baş verən yanğında 30 nəfər ölüb
Tailandın paytaxtı Banqkokda yerləşən Rong Beer Na Ladprao barında baş verən güclü yanğın nəticəsində azı 30 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, hadisə Çatuçak rayonunda yerləşən əyləncə məkanında baş verib. Yanğın zamanı ümumilikdə 75 nəfər xəsarət alıb. Onlardan 24-nün vəziyyətinin ağır olduğu bildirilir.
Polisin açıqlamasına əsasən, həlak olanların əksəriyyəti pəncərəsi olmayan sanitar qovşaqlarda aşkarlanıb. İlkin ehtimala görə, onlar alovdan xilas olmaq üçün həmin otaqlarda gizlənməyə çalışıblar.
Hadisənin başvermə səbəbi araşdırılır.
13:34 14.07.2026
Oxunuş sayı: 45