Əraqçi: Hörmüz boğazına nəzarət həmişə İrana məxsus olub
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Hörmüz boğazına hər zaman nəzarət edib və gələcəkdə də bu nəzarəti davam etdirəcək.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Əraqçi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün yükdaşımalar üzrə 20 faizlik ödəniş tətbiq edilməsi ilə bağlı açıqlamasını da şərh edib.
İranlı nazir bu məbləğin həddindən artıq yüksək olduğunu bildirib və əlavə edib ki, İran bu məsələdə ədalətli mövqe nümayiş etdirəcək.
22:42 13.07.2026
Oxunuş sayı: 102