Ukraynanın çata bilmədiyi heç bir Rusiya neft emalı zavodu yoxdur - Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski həftə ərzində əldə olunan nəticələri açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Zelenski sosial şəbəkələrdə etdiyi paylaşımda bildirib ki, Ukrayna qüvvələri Rusiyanın müharibə üçün çalışan obyektlərinə qarşı uzaqmənzilli zərbələrdə mühüm nəticələr əldə edib.
“Bu həftə döyüşçülərimiz Rusiyanın bu müharibəyə xidmət edən obyektlərinə qarşı uzaqmənzilli sanksiyaların tətbiqində mühüm nəticələr əldə etdilər”, – deyə Ukrayna lideri qeyd edib.
O, həmçinin bildirib ki, hazırda Ukrayna silahlarının çata bilmədiyi heç bir Rusiya neft emalı zavodu qalmayıb.
22:08 10.07.2026
Oxunuş sayı: 20