İsrail naziri: Türkiyə Suriyada hərbi baza qurarsa, biz də eyni addımı atacağıq
İsrailin energetika naziri Eli Kohen Türkiyənin Suriyada hərbi mövqelər qurmasının qarşısının alınmasının vacibliyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Kohen bu barədə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı danışıb.
Nazirin sözlərinə görə, əgər Türkiyə Suriyada hərbi bazalar yaratmağa qərar verərsə, İsrail də eyni addımı atacaq.
"Bizə bunun təmin edilməsi lazımdır ki, Türkiyə Suriyada hərbi mövqelər qurmasın. Mən Nazirlər Kabinetində dedim ki, əgər Türkiyə Suriyada hərbi bazalar qurmaq istəyirsə, onda biz də orada bazalar quracağıq", – deyə Eli Kohen bildirib.
Kohenin açıqlaması ilə bağlı Türkiyə tərəfi hələlik rəsmi münasibət bildirməyib.
12:29 10.07.2026
Oxunuş sayı: 40