ASCO Asiya İnkişaf Bankı ilə müasir donanmanın formalaşdırılmasını müzakirə edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və Asiya İnkişaf Bankı (ADB) arasında müasir çağırışlara cavab verən, səmərəli və dayanıqlı donanmanın formalaşdırılması istiqamətində həyata keçirilən işlər müzakirə edilib.
Crossmedia.az ASCO-ya istinadən xəbər verir ki, bu barədə müzakirələr ASCO ilə ADB-nin nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüş zamanı qonaqlara ASCO-nun biznes ehtiyacları və prioritet istiqamətləri, eləcə də orta və uzunmüddətli inkişaf proqramları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, yaşıl gəmiçilik, dekarbonizasiya, rəqəmsal həllərin tətbiqi ilə bağlı nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
ADB-nin nümayəndələri ASCO-nun strateji inkişaf hədəflərini yüksək qiymətləndirərək, bu istiqamətdə həyata keçiriləcək layihələrə dəstək göstərməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Görüşdən sonra qonaqlar ASCO-nun inzibati binasında yerləşən "Üç əsrin şahidi" muzeyini ziyarət edib, Azərbaycanın gəmiçilik tarixi və irsi ilə yaxından tanış olublar.
10:45 10.07.2026
Oxunuş sayı: 51