Rusiya rəsmisindən şok açıqlama: Benzin qıtlığının səbəbi coviddir
Rusiya Federasiyasının Zabaykalye diyarının qubernatoru Aleksandr Osipov bölgədə davam edən benzin qıtlığı ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, 2020-ci ildə Rosneft regionda yanacaqdoldurma məntəqələrinin şəbəkəsini genişləndirməyi planlaşdırsa da, bu layihə koronavirus pandemiyası səbəbilə təxirə salınıb.
Qubernatorun sözlərinə görə, sonradan planların icrası müharibənin başlaması ilə yenidən gecikdirilib. O həmçinin qeyd edib ki, Sibir müəssisələrindən çıxan yanacağın bir hissəsi hərbi ehtiyaclara yönəldilir və bu da mülki bazarda qıtlığa təsir göstərir.
21:16 06.07.2026
Oxunuş sayı: 49