NATO rəhbərindən Putinə ağır ittiham: Öz vətəndaşlarını qırır
NATO-nun Baş katibi Mark Rütte bildirib ki, Rusiya Prezidenti Vladimir Putin müharibə naminə on minlərlə rus hərbçisinin həyatını qurban verməyə hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Putin 35 min öz vətəndaşını qurban verməyə hazırdır və bu, dəlilikdir. Təsəvvür edin ki, bunun həmin ailələrə necə təsiri olur”, – deyə Rütte vurğulayıb.
NATO rəhbəri Rusiyada yaşayan gənclərə də müraciət edərək onları hərbi xidmətə qoşulmazdan əvvəl qərarlarını bir daha nəzərdən keçirməyə çağırıb.
“Əgər sən Rusiyada yaşayan gəncsənsə və hərbi əməliyyatlara qoşulmağı düşünürsənsə, bunu bir daha düşün”, – deyə Mark Rütte əlavə edib.
19:32 06.07.2026
Oxunuş sayı: 53