Sarkisyanın milyonluq sərvəti dövlətin nəzarətinə keçir
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana məxsus təxminən 1,6 milyon ABŞ dolları dəyərində əmlak və aktivlərin dövlət nəfinə müsadirə olunmasına qərar verilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, müsadirə ediləcək əmlaka 630 milyon drama yaxın nağd vəsait, bank depozitləri üzrə faiz gəlirləri, daşınmaz əmlakdakı paylar, eləcə də İrəvanın Teryan küçəsində yerləşən avtodayanacaq daxildir. Qərar qanuni qüvvəyə mindikdən sonra əmlak Ermənistan dövlətinin mülkiyyətinə keçiriləcək.
19:08 06.07.2026
Oxunuş sayı: 49