İsraillilərin 60 faizi vətəndaş müharibəsi riskini real sayır
İsraildə aparılan ictimai rəy sorğusuna əsasən, respondentlərin 60 faizi ölkədə vətəndaş müharibəsi riskini real və ciddi təhlükə hesab edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Jewish People Policy Institute tərəfindən dərc olunan araşdırmada bildirilib.
Sorğunun nəticələrinə görə, respondentlərin 79 faizi ötən ili ictimai vəziyyət baxımından uğursuz qiymətləndirib. İştirakçıların 49 faizi ölkənin gələcəyinə nikbin baxmadığını, 52 faizi isə baş nazirin və ya digər yüksək vəzifəli dövlət rəsmisinin siyasi motivli sui-qəsdə məruz qalma ehtimalını yüksək hesab etdiyini bildirib.
İnstitutun prezidenti Yedidiya Ştern qeyd edib ki, İsrail cəmiyyəti dayanıqlığını qorusa da, dərin daxili parçalanma ilə üz-üzədir.
Onun sözlərinə görə, ölkədaxili parçalanma getdikcə İsrail üçün ən böyük təhlükə kimi qiymətləndirilir.
17:26 06.07.2026
Oxunuş sayı: 49