Çeçenistanda diqqətçəkən qərar: Kadırov yenidən ön planda
Rusiyanın hakim "Vahid Rusiya" Partiyası Ramzan Kadırovu yekdilliklə Çeçenistan rəhbəri vəzifəsinə namizəd irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə partiyanın Çeçenistan regional bölməsinin katibi, Çeçenistan hökumətinin sədri Maqomed Daudov məlumat verib. Onun sözlərinə görə, qərar partiya üzvlərinin yekdil dəstəyi ilə qəbul edilib.
Qeyd edək ki, Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir və indiyədək bir neçə dəfə bu vəzifəyə yenidən seçilib. Son aylarda onun səhhəti və siyasi gələcəyi ilə bağlı müxtəlif iddialar səslənsə də, namizədliyinin yenidən irəli sürülməsi diqqət çəkib.
17:28 06.07.2026
Oxunuş sayı: 51