Şirazdakı mənzərə gündəm oldu
ABŞ və İsrailin endirdiyi hava zərbələrindən sonra İranın Şiraz şəhərində yerləşən Iran Electronic Industries müəssisəsinin son vəziyyəti peyk görüntülərində üzə çıxıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, müəssisə İran Silahlı Qüvvələri üçün radioelektron sistemlərin hazırlanması və istehsalı üzrə əsas mərkəzlərdən biri hesab olunur. Burada radiolokasiya stansiyaları, radioelektron mübarizə sistemləri və aviasiya elektronikası istehsal edilirdi.
Məlumata görə, yayılan peyk görüntüləri müəssisənin ciddi ziyan gördüyünü göstərir. Bildirilir ki, kompleksdə yerləşən binaların böyük əksəriyyəti ya tamamilə dağıdılıb, ya da istifadəyə yararsız vəziyyətə düşüb. Hazırda obyektə dəyən ziyanın dəqiq miqyası və istehsal imkanlarına təsiri ilə bağlı rəsmi məlumat açıqlanmayıb.


17:48 06.07.2026
Oxunuş sayı: 50