Niderland Baş Qərargah rəisi: Türkiyənin NATO-dakı rolu daha da artacaq
Niderland Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onno Eyxelsheym Türkiyənin NATO daxilində rolunun gələcəkdə daha da güclənəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, o, Türkiyənin Alyansın təhlükəsizlik və müdafiə siyasətində mühüm mövqeyə malik olduğunu vurğulayıb.
Baş Qərargah rəisinin sözlərinə görə, Türkiyənin strateji coğrafi mövqeyi, hərbi potensialı və regional təhlükəsizliyə verdiyi töhfə NATO daxilində ölkənin əhəmiyyətini daha da artıracaq.
O qeyd edib ki, Türkiyə Alyansın qarşılaşdığı müasir təhlükəsizlik çağırışlarının həllində əsas tərəfdaşlardan biri olaraq qalır.
17:24 06.07.2026
Oxunuş sayı: 56