KİV: Tramp Vensi öz varisi kimi görür
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensi prezident postunda öz siyasi varisi kimi gördüyünü düşünür.
Crossmedia.az xəbər verir ki, bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp administrasiya daxilində Cey Di Vensi gələcəkdə Ağ Evə rəhbərlik edə biləcək əsas namizəd hesab edir.
Nəşr qeyd edir ki, bu yanaşma Trampın Respublikaçılar Partiyası daxilində siyasi kursunun gələcəkdə də davam etdirilməsi niyyətini əks etdirir.
16:52 06.07.2026
Oxunuş sayı: 46