HƏMAS Qəzzanı idarə edən komitəni ləğv edib
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağını idarə edən komitənin buraxıldığını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
HƏMAS hökumətinin media ofisinin rəhbəri İsmayıl ət-Təvabtənin sözlərinə görə, Fövqəladə Hökumət Komitəsinin rəhbəri Məhəmməd əl-Fərrə rəsmi olaraq istefa verib.
O bildirib ki, inzibati və dövlət idarəçiliyinin yeni yaradılmış Qəzzanın İdarəolunması üzrə Milli Komitəyə ötürülməsini asanlaşdırmaq məqsədilə komitənin ləğvi barədə qərar qəbul edilib.
Məlumata görə, Qəzzanın İdarəolunması üzrə Milli Komitə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə HƏMAS və İsrail arasında əldə olunan atəşkəs razılaşmasından sonra yaradılan Sülh Şurası tərəfindən təsis edilib.
16:26 06.07.2026
Oxunuş sayı: 58