Ermənistan ilk dəfə Pakistana səfir təyin edib
Ermənistan Pakistana ilk dəfə səfir təyin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan eyni zamanda Pakistanda da səfir vəzifəsini icra edəcək. Onun iqamətgahı Əbu-Dabidə yerləşəcək.
Qeyd olunub ki, təyinat Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasından bir il sonra baş tutub.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar 2025-ci il avqustun 31-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.
16:13 06.07.2026
Oxunuş sayı: 52