Səhiyyə Nazirliyində kadr dəyişikliyi olub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.
Crossmedia.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova iyunun 3-dən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin (PHŞ) direktoru vəzifəsindən azad olunub.
Nazirliyin məlumatına görə, hazırda institut direktorunun vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə edilib.
Səhiyyə Nazirliyi vəzifədən azad olunmanın səbəbi ilə bağlı əlavə məlumat verməyib.(Demokrat.az)
12:40 06.07.2026
Oxunuş sayı: 46