Ukrayna Rusiyanın növbəti neft emalı zavoduna zərbə endirib
Ukrayna Rusiyanın daha bir neft emalı zavoduna zərbə endirib.
Crossmedia.az xəbər verir ki, ilkin məlumata görə, hücumun hədəfi Yaroslavl şəhərində yerləşən neft emalı zavodu olub.
Hadisə nəticəsində dəyən ziyan, mümkün xəsarət alanlar və ya dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hücumun təfərrüatları dəqiqləşdirilir.
12:41 06.07.2026
Oxunuş sayı: 60