Sentyabrda Yunanıstan-Azərbaycan biznes forumu keçiriləcək
Bu ilin sentyabr ayında Yunanıstan-Azərbaycan arasında biznes forum təşkil ediləcək.
Crossmedia.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr agentliyin icraçı direktoru Yusif Abdullayev və Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə keçirilən görüşdə aparılıb.
Görüş zamanı Y. Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan və Yunanıstan arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib. Bu çərçivədə sentyabrda keçirilməsi planlaşdırılan Yunanıstan-Azərbaycan biznes forumunun təşkili ilə bağlı məsələlər də müzakirə olunub.
Tərəflər turizm, kənd təsərrüfatı, qida sənayesi, süni intellekt, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə sentyabrda keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verilib, forumun beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
12:07 06.07.2026
Oxunuş sayı: 58