Ərdoğan və Tramp Rusiya-Ukrayna danışıqlarını müzakirə edəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində keçiriləcək görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarının bərpasını müzakirə edəcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyet qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, liderlər Rusiya və Ukrayna arasında danışıqlar prosesinin yenidən başlanması imkanlarını, həmçinin regional təhlükəsizlik məsələlərini nəzərdən keçirəcəklər.
Qeyd edək ki, NATO-nun sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.
13:58 06.07.2026
Oxunuş sayı: 52