Ukraynaya müharibəni dayandırmaq üçün danışıqlar təklif edildi
Rusiya-Ukrayna münaqişəsinin davam etməsi Ukraynanın məhvinə aparır.
Crossmedia.az xəbər verir ki, “Lenta.news” bu barədə Ukrayna Ali Radasının deputatı Artyom Dmitrukun “Telegram” kanalında paylaşdığı fikirlərə istinadən məlumat yayıb.
Deputat Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin “dövlət maraqlarını təslim etməməli olduğu” barədə sözlərini şərh edib. Dmitrukun sözlərinə görə, Zelenski bu açıqlamanı xalq deputatlarının Rusiya ilə sülh və danışıqlara çağırışlarına cavab olaraq verib.
Dmitruk bildirib ki, Ukraynanın əsas milli marağı sülhdür. Onun fikrincə, Kiyevə Moskva və Minsk ilə “real razılaşmalar” lazımdır.
Deputat qeyd edib ki, Ukraynanın milli maraqları Rusiya və Belarusun maraqları ilə birbaşa qarşıdurma üzərində qurula bilməz. Onun sözlərinə görə, bu siyasətin davam etdirilməsi Ukraynanın qarşıdurma və müharibə şəraitində qalması, nəticədə isə ölkənin məhvi deməkdir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl silahlı münaqişənin hansı şərtlərlə dayandırıla biləcəyindən danışıb. O bildirib ki, Qərb Moskva üçün məqbul olan şərtlərlə razılaşarsa, hərbi əməliyyatlar dayandırılacaq.
23:48 05.10.2026
Oxunuş sayı: 54