Yəməndə hökumət qüvvələri Moxa şəhərini ələ keçirdi
Yəmənin qərbindəki Taiz əyalətində hökumət qüvvələri Moxa şəhərinə nəzarəti ələ keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Yəmənin dövlət informasiya agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, husilər şəhərdən geri çəkilərək əvvəlcədən hazırladıqları və daha əlverişli hesab etdikləri mövqelərə keçiblər.
21:29 05.10.2026
Oxunuş sayı: 49