Ukrayna şimaldan hücuma qarşı sərhədi möhkəmləndirir
Ukrayna hakimiyyəti Rusiyanın şimaldan mümkün hücumu ehtimalına qarşı Kiyev vilayətində, Çernobıl yaxınlığında genişmiqyaslı müdafiə xətləri hazırlamağa başlayıb.
“Crossmedia.az” xəbər verir ki, bu barədə “Insider ua” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, ərazidə 35 sıraya qədər tikanlı məftil çəkilir. Müdafiə istehkamlarının Rusiyanın şimal istiqamətindən mümkün yeni hücumuna qarşı hazırlandığı bildirilir.
Qeyd edək ki, oktyabrın 4-də səhər saatlarında Rusiya hərbçilərinin Kiyevdə Dnepr üzərindən keçən Şimal körpüsünə zərbə endirdiyi bildirilib. Kiyev meri Vitali Kliçko hadisə barədə məlumat verib, daha sonra Rusiya Müdafiə Nazirliyi də zərbəni təsdiqləyib.
19:49 05.10.2026
Oxunuş sayı: 48