ABŞ hərbi helikopteri Ərəbistan dənizinə məcburi eniş edib, bir ekipaj üzvü itkin düşüb
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60S Sea Hawk helikopteri Ərəbistan dənizinə məcburi eniş edib, ekipajın bir üzvünün axtarışları davam etdirilir.
Crossmedia.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı bu barədə məlumat yayıb.
Bildirilib ki, helikopterdə olan dörd ekipaj üzvündən üçü xilas edilərək sabit vəziyyətdədir. Hazırda itkin düşən dördüncü ekipaj üzvünün tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatı aparılır.
Məlumata görə, hadisənin düşmən hücumu nəticəsində baş verdiyini göstərən hər hansı əlamət yoxdur. İnsidentin səbəbləri araşdırılır.
09:18 02.07.2026
Oxunuş sayı: 43