Tokioda rekord yağış: paytaxtda 34 gündür yağış yağır
Yaponiyanın paytaxtı Tokioda yağışlı hava 34-cü gün də davam edib və şəhərdə fasiləsiz yağış günlərinin sayına görə tarixi rekord qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Tokio 2019-cu ildə qeydə alınmış 33 günlük rekordu geridə qoyub.
Məlumata görə, anomal hava şəraitinə bölgə üzərində uzun müddət qalan yağış cəbhəsi və ardıcıl olaraq keçən üç tayfun səbəb olub. Təkcə sentyabr ayında Tokioda 621,5 millimetr yağıntı düşüb ki, bu da iqlim normasından təxminən üç dəfə çoxdur.
Yaponiya sahillərinə yaxınlaşan növbəti tayfunun isə vəziyyəti daha da ağırlaşdıra biləcəyi bildirilir.
16:22 30.09.2026
Oxunuş sayı: 40