Azərbaycana qarşı döyüşmüş 4 nəfər Ermənistanda avtomobildə yanaraq ölüb
Ermənistanda yanmış avtomobildə dörd nəfərin meyiti aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, həyatını itirən şəxslər "Yerkrapa" silahlı birləşməsinin üzvləri olub və vaxtilə Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.
Hadisənin başvermə səbəbi və digər təfərrüatlar barədə hələlik rəsmi açıqlama verilməyib.
17:18 30.06.2026
Oxunuş sayı: 46