Fransa "Temu" və "AliExpress"-ə qarşı qanun qəbul etdi
Fransa parlamenti “ultra-sürətli moda”ya qarşı mübarizə məqsədi daşıyan qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə France 24 məlumat yayıb.
Sənəd Shein, Temu və AliExpress kimi onlayn ticarət platformalarına yönəlib.
Qanun layihəsinə əsasən, bu cür platformalarda satışa çıxarılan hər bir məhsula görə cərimə tətbiq ediləcək və bu məbləğ zamanla artırılacaq. Planlaşdırılır ki, 2030-cu ilə qədər hər məhsul üçün cərimə 20 avroya qədər yüksələ bilər.
Sənəddə həmçinin “ultra-sürətli moda” brendlərinin influenserlər vasitəsilə reklamının məhdudlaşdırılması nəzərdə tutulur. Lakin bu məhdudiyyətlərin Avropa İttifaqı qanunvericiliyinə uyğunluğu ilə bağlı Avropa Komissiyası tərəfindən suallar qaldırılıb.
Qeyd edilir ki, qanun layihəsi sol siyasi qüvvələr tərəfindən tənqid olunub. Onlar hesab edirlər ki, qanunun təsir dairəsi məhduddur və H&M, Zara, Primark və Uniqlo kimi Avropa “fast fashion” brendlərini əhatə etmir.
Bundan əvvəl Fransada Shein şirkəti “istehlakçıları çaşdıran biznes praktikalarına” görə 40 milyon avro məbləğində cərimələnmişdi.
Məlumata görə, Çin hökuməti keçən il Shein-in istehsalın bir hissəsini Çindən kənara köçürmək planını dəstəkləməyib. Eyni zamanda, AliExpress platforması Rusiyada ən çox satılan qulaqlıqlar barədə məlumat açıqlayıb.
16:21 30.06.2026
Oxunuş sayı: 51