İrəvan həqiqətən bu mövzunu tam bağlayıb, yoxsa hələ pərdə arxasında müzakirələr davam edir?
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) baş nazir müavini Mixail Qaluzin bildirib ki, Ermənistan tərəfindən Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının statusunun dəyişdirilməsi ilə bağlı heç bir siqnal yoxdur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İrəvanın rəsmi səviyyədə mövqeyi ondan ibarətdir ki, Ermənistan hazırda Gümrüdəki Rusiya hərbi bazasının ləğvini və ya çıxarılmasını müzakirə etmir.
“Erməni tərəfi rəsmi şəkildə bəyan edir ki, Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyətinin dayandırılması məsələsi gündəmdə deyil,” – deyə Qaluzin jurnalistlərin sualına cavabında bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistanla mövcud hərbi əməkdaşlıq sazişlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı da hər hansı rəsmi təşəbbüs yoxdur.
21:42 29.06.2026
Oxunuş sayı: 41