Parisdə Eyfel qülləsini ildırım vurub
Fransanın paytaxtı Parisdə baş verən güclü tufan zamanı Eyfel qülləsinə ildırım düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Bildirilir ki, ildırım Fransa paytaxtının rəmzi hesab olunan Eyfel qülləsinin şpilinə dəyib.
Məlumata görə, əlverişsiz hava şəraiti zamanı qüllənin zirvəsində küləyin sürəti saatda 104,8 kilometrə çatıb. Güclü tufan səbəbindən Parisin ətrafındakı "Stad de Frans" stadionunda keçirilən Top-14 reqbi çempionatının final oyunu da müvəqqəti dayandırılıb.
Fransanın Keraunos fırtına müşahidə mərkəzinin məlumatına əsasən, iyunun 27-də saat 18:00-dan 23:00-dək ölkə ərazisində azı 13,3 min ildırım qeydə alınıb.
17:34 29.06.2026
Oxunuş sayı: 50