Beynəlxalq Aybın-2026 hərbi vətənpərvərlik toplanışı yekunlaşıb
Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının komandalarının iştirakı ilə keçirilən XII Beynəlxalq “Aybın-2026” gənclərin hərbi vətənpərvərlik toplanışı yekunlaşıb.
Müdafiə Nazirliyindən Crossmedia.az-a verilən məlumata görə, tədbirin bağlanış və mükafatlandırma mərasimində Qazaxıstan Müdafiə Nazirliyinin, yerli icra orqanlarının və veteran təşkilatlarının nümayəndələri iştirak ediblər.
Gənc vətənpərvərlərin güc, dözümlülük, komanda birliyi və hərbi-tətbiqi təlim üzrə yarışlarında komandamız yüksək hazırlıq səviyyəsi, məharət və əzmkarlıq nümayiş etdirərək müxtəlif mərhələlərdə uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, toplanışda ölkəmizi Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərin kursantlarından ibarət komanda təmsil edib.
13:40 29.06.2026
Oxunuş sayı: 56